Ər-arvadın əmlakının qanuni rejimi anlayışı dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Ər-arvadın əmlakının qanuni rejimi anlayışı dedikdə nə başa düşülür?
Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31-ci maddəsinə əsasən
Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
Ailə kəndli təsərrüfatı üzvlərinin birgə mülkiyyəti üzərində ər-arvadın istifadə, sahiblik və sərəncam hüquqları Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müəyyən olunur.
Sual Şahbuz rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Yaqub Salamzadə tərəfindən cavablandırıldı.








