Naxçıvan Ali Məclisinin növbəti iclasının gündəliyi açıqlanıb

Naxçıvan Ali Məclisinin növbəti iclasının gündəliyi açıqlanıb

24 Noyabr 2026

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il payız sessiyasının üçüncü iclası noyabrın 25-də keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib.

Bunlardan biri “Naxçıvan Muxtar Respublikasının 2027-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsidir.

Həmçinin Ali Məclisin Daxili Nizamnaməsinə, komitələri haqqında qanuna və “Normativ hüquqi aktlar haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihələrinin ikinci oxunuşda müzakirəsi nəzərdə tutulub.