Yerin təkindən hansı məqsədlərlə və hansı şərtlərlə istifadə edilə bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Torpaq sahibləri öz torpaq sahələrinin hüdudlarında yerin təkindən hansı məqsədlərlə və hansı şərtlərlə istifadə edə bilərlər?
Cavab: Yerin Təki Haqqında qanuna əsasən torpaq sahibləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasını və yeraltı qurğuların tikintisini, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər.
Sual Ordubad rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Ülvi Hüseynov tərəfindən cavablandırıldı.








