Naxçıvanda bəbirlərin qida bazasının qiymətləndirilməsi məqsədilə heyvanların payız sayımı aparılıb -

Naxçıvanda bəbirlərin qida bazasının qiymətləndirilməsi məqsədilə heyvanların payız sayımı aparılıb - FOTO

24 Noyabr 2026

WWF – Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə noyabrın 16–21-də Naxçıvan Muxtar Respublikasında bəbirlərin (Panthera pardus tulliana) yaşadığı ərazilərdə cütdırnaqlı heyvanların payız sayımı həyata keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədqiqatda Rusiya Elmlər Akademiyasının Xəzər ətrafı Biologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, biologiya elmləri namizədi Elmar Babayev, Naxçıvan Dövlət Universitetinin Bioresurslar İnstitutunun direktoru, biologiya elmləri doktoru, dosent İsmayıl Məmmədov, institutun laboratoriya rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayev və Zəngəzur Milli Parkının böyük elmi işçisi Samir Quliyev iştirak ediblər.

Sayım zamanı muflon (Ovis orientalis), bezoar keçisi (Capra aegagrus) və ceyran (Gazella subgutturosa) növlərinin populyasiyalarının vəziyyəti, yayılma arealları və bəbirlərin qida ehtiyatlarının qiymətləndirilməsi istiqamətində müşahidələr aparılıb.

Aparılan tədqiqatların nəticələri əsasında hesabat hazırlanaraq ictimaiyyətə təqdim olunacaq.