Etibarnamənin müddəti qanunvericilikdə necə müəyyən olunub ? -

Etibarnamənin müddəti qanunvericilikdə necə müəyyən olunub ? - HÜQUQ MƏSLƏHƏTİ

11 İyun 2025

Sual: Etibarnamənin müddəti qanunvericilikdə necə müəyyən olunmuşdur?

Cavab: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Qeyd olunan müddəa istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə etibarnaməni vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır.

Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov