
Valideynlər övladlarının məsuliyyətini daşımadıqda, aliment hansı qaydada tutulur? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Valideynlər övladlarının məsuliyyətini daşımadıqda, aliment hansı qaydada tutulur?
Cavab: Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (alient) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
1.uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi;
2.uşağa görə-qazancın (başqa gəlirlərin) 1/3 hissəsi;
3. və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarıdı.
Məhkəmə müəyyən halları nəzərə almaqla bu məbləği artıra və ya azalda bilər.
Sualı cavablandırdı: Ordubad rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas- Fərid Orucəliyev