Birinci Qarabağ müharibəsinin itkin şəhidi Sahil İbrahimov dəfn olunub

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Sahil İbrahimov dəfn olunub

03 İyun 2025

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan Sahil Nurəddin oğlu İbrahimov dəfn olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, şəhidin ailə üzvlərinə məxsus evdə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.