I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq

I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq

02 İyun 2025

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

İtkin-şəhid hərbçi İbrahimov Sahil Nurəddin oğludur.

Onun nəşinin qalıqları sabah saat 12.00-da Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsinin qəbiristanlığında dəfn olunacaq.