
Birinci Qarabağ müharibəsinin şəhidi Əsəddin Novruzov dəfn edilib
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əsəddin Curu oğlu Novruzovla Mingəçevirdə keçirilən vida mərasimi başa çatıb.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Ə.Novruzovun nəşi Mingəçevir Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Mingəçevir şəhəri və ətraf rayonlardan rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.