Məhkəmə hansı şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Məhkəmə hansı şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir?
Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93-cü maddəsinə görə məhkəmə psixi pozuntusu olan şəxslərə və cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaratdıqda Cinayət Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir.
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Nazlı İsmayılzadə








