
Naxçıvan-Sədərək avtomobil yolunun işıqlandırılması layihələndiriləcək
Şərur - Naxçıvan-Sədərək avtomobil yolunun Şərur rayonu ərazisindən keçən 46-61-ci kilometrlik hissəsində işıqlandırma işlərinin layihələndirilməsi nəzərdə tutulur.
Bu məqsədlə Şərur Rayon İcra Hakimiyyəti müvafiq xidmətin satınalınması üçün müsabiqə elan edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadən xəbər verir.
Satınalma müsabiqəsi yolun qeyd olunan 15 kilometrlik hissəsinin işıqlandırılması işlərinin layihələndirilməsi xidmətini əhatə edir. Layihə reallaşacağı təqdirdə, Naxçıvanın ən işlək avtomobil yollarından biri olan bu magistralın təhlükəsizliyinin artırılmasına və yol şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə veriləcək.