Naxçıvanda dövlət təltifləri ilə bağlı təkliflər Prezidentə yeni qaydada təqdim olunacaq

Naxçıvanda dövlət təltifləri ilə bağlı təkliflər Prezidentə yeni qaydada təqdim olunacaq

29 İyun 2026

Azərbaycan Prezidentinin imzaladığı Fərmanla "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə"yə dəyişikliklər edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin dövlət təltifləri ilə bağlı təkliflərinin Azərbaycan Prezidentinə təqdim edilməsi istiqamətində tədbirləri Prezidentin Səlahiyyətli Nümayəndəliyi həyata keçirəcək.

Bu mexanizm Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltifetmə, eləcə də Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən şəxslərə ixtisas dərəcələrinin və ali xüsusi rütbələrin verilməsi ilə bağlı təkliflərin Prezidentə çatdırılmasını əhatə edir.

Fərman 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.