Prezidentin Səlahiyyətli Nümayəndəsinə Ali Məclislə bağlı yeni səlahiyyətlər verildi

Prezidentin Səlahiyyətli Nümayəndəsinə Ali Məclislə bağlı yeni səlahiyyətlər verildi

29 İyun 2026

Azərbaycan Prezidentinin imzaladığı Fərmanla "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə"yə edilən dəyişikliklər Ali Məclislə bağlı yeni səlahiyyətləri də əhatə edir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yeni qaydalara əsasən, Prezidentin Səlahiyyətli Nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Ali Məclisin Azərbaycan Prezidenti tərəfindən buraxılması barədə təkliflər verəcək.

Bundan başqa, nümayəndəlik Ali Məclisin növbədənkənar sessiyasının çağırılması, eləcə də sessiyanın qapalı iclasının keçirilməsi ilə bağlı məsələlərin həyata keçirilməsində iştirak edəcək.

Fərmana əsasən, Ali Məclis sədrinin Ali Məclisə seçkilərin təyin edilməsi ilə bağlı təkliflərinin Azərbaycan Prezidentinə təqdim olunması istiqamətində də müvafiq tədbirlər görüləcək.

Yeni dəyişikliklər 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək