Naxçıvanda ötən tədris ilində 88 məzun 500–700 bal intervalında nəticə göstərib

Naxçıvanda ötən tədris ilində 88 məzun 500–700 bal intervalında nəticə göstərib

20 Fevral 2026

2024–2025-ci tədris ilində Muxtar Respublikanın ümumtəhsil müəssisələrini bitirən məzunlar Naxçıvanda fəaliyyət göstərən ali təhsil müəssisələri ilə yanaşı, ölkənin nüfuzlu universitetlərinə də qəbul olunublar.

Tələbə adını qazanan 1861 məzundan 591-i pedaqoji profilli ixtisasları seçib.

Onlardan 88 məzun 500–700 bal intervalında nəticə göstərib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2025-ci ildə görülmüş işlərin yekunlarına və 2026-cı ildə qarşıda duran fəaliyyət istiqamətləri ilə bağlı keçirilən kollegiya iclasında təhsil naziri Elxan Nəcəfov məlumat verib.