Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu artırılıb

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu artırılıb

29 İyun 2026

Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət qulluğu haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.

Qanuna edilən dəyişikliklə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi vəzifəsi üçüncü təsnifat vəzifələr siyahısına daxil edilib.

Qanun iyulun 1-dən qüvvəyə minir.

Dövlət başçısı həmçinin Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Fərmanla səlahiyyətli nümayəndəliyin strukturu təsdiqlənib. Beləliklə, səlahiyyətli nümayəndəliyin işçilərinin say həddi 55 ştat vahidi müəyyən edilib. Nazirlər Kabinetinə Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.