Naxçıvanda sabah yağış yağacaq, dağlıq ərazilərə qar düşəcək

Naxçıvanda sabah yağış yağacaq, dağlıq ərazilərə qar düşəcək

24 Noyabr 2026

Noyabrın 25-də Naxçıvan Muxtar Respublikasının bəzi ərazilərində fasilələrlə yağıntılı hava şəraiti gözlənilir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə yağıntıların intensivləşəcəyi və şimşək çaxacağı ehtimal olunur.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Qərb küləyi saniyədə 5-10 metr sürətlə əsəcək, bəzi yerlərdə arabir 15-20 metrədək güclənəcək.