Naxçıvanda sahibkarlara verilən kreditlər 2 dəfədən çox artıb

Naxçıvanda sahibkarlara verilən kreditlər 2 dəfədən çox artıb

30 İyul 2025

2025-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi əhəmiyyətli dərəcədə artıb.

Belə ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən cari ilin ilk 6 ayı ərzində 77 layihəyə ümumilikdə 7 milyon 410 min 500 manat məbləğində maliyyə dəstəyi göstərilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəliyi rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. 

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə ciddi artım olduğunu göstərir. 2024-cü ilin yanvar-iyun aylarında sahibkarlara 2 milyon 374 min manat kredit verilmişdi. Müqayisəyə əsasən, 2025-ci ilin ilk yarısında verilmiş kreditlərin həcmi 2 dəfədən çox artaraq regionda biznes mühitinə olan diqqətin və dəstəyin gücləndiyini təsdiqləyir.