
Naxçıvanda temperatur bəzi bölgələrdə 41°-yə çatıb
Naxçıvan Muxtar Respublikası ərazisində iyulun 30-da havanın temperaturu 34-39° isti arasında dəyişib, bəzi ərazilərdə isə 41°-yə qədər yüksəlib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hazırda bölgənin müxtəlif şəhər və rayonlarında müşahidə olunan temperatur göstəriciləri belədir:
Naxçıvan şəhəri – 40°C
Şahbuz – 38°C
Şərur – 41°C
Culfa – 40°C
Ordubad – 40°C
Sədərək – 41°C
Meteoroloqların proqnozlarına görə, yaxın günlərdə də bölgədə isti hava şəraitinin davam edəcəyi gözlənilir. Vətəndaşlara günorta saatlarında birbaşa gün şüalarından uzaq durmaq və maye qəbulunu artırmaq tövsiyə olunur.