Naxçıvanda vergi ödəyicilərinin sayı artıb
2026-cı ilin fevral ayının 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 54.536 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2025-ci illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,4 faiz, hüquqi şəxslərin sayı isə 5,4 faiz artıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz artaraq 1.791 vahid olub. Cari ildə kommersiya qurumlarının 86,7 faizi elektron, 13,3 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.








