Naxçıvanlı gənclər beynəlxalq düşərgədə iştirak ediblər -

Naxçıvanlı gənclər beynəlxalq düşərgədə iştirak ediblər - FOTO

30 İyul 2025

Quba şəhərində Azərbaycan-Gürcüstan “Gənclər həftəsi” çərçivəsində “Azərbaycan-Gürcüstan gənclərinin II beynəlxalq düşərgəsi” təşkil olunub. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə düşərgədə Naxçıvandan iki gəncin – Nihad Abbasov və Gülçin Qənbərovanın iştirakı təmin edilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, iki ölkə gəncləri arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edən düşərgənin proqramına komanda quruculuğu və kulinariya üzrə praktiki sessiyalar, “Gənclər və startaplar: ideyadan təsirə” və “Sosial medianın gənclərə təsiri” mövzularında müzakirələr, interaktiv oyunlar, Quba şəhərinə mədəni tur, milli musiqi və rəqs təqdimatları daxil olub.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze düşərgədə iştirak edən gənclərlə görüşərək onların suallarını cavablandırıb, əməkdaşlıq imkanları müzakirə olunub.