Nehrəm Qəsəbə Uşaq Musiqi Məktəbinin 45 illik yubileyi qeyd olunub -

Nehrəm Qəsəbə Uşaq Musiqi Məktəbinin 45 illik yubileyi qeyd olunub - FOTO

23 May 2026

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nehrəm Qəsəbə Uşaq Musiqi Məktəbinin yaradılmasının 45 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirlib.

Sonra məktəbin kollektivinin ifasında rəngarəng musiqi nömrələri - “Şirin dil” və “Yaşa Odlar yurdum”, “Həsrətimdən”, “Qərənfil”, “Məhəbbət çırağı” və “Bayramımızda”, “Gənclik rəqsi”, “Naxçıvan təranəsi” əsərləri, eləcə də “Dəşti təsnifi”, “Ovşarı” ritmik muğamı səsləndirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov çıxış edərək məktəbin keçdiyi inkişaf yolundan, musiqi təhsilinin inkişafında oynadığı roldan və əldə etdiyi nailiyyətlərdən bəhs edib. Qeyd olunub ki, məktəb ötən illər ərzində çoxsaylı istedadlı musiqiçilərin yetişməsində mühüm rol oynayıb, müxtəlif müsabiqə və festivallarda uğurlar qazanaraq regionun mədəni həyatında özünəməxsus yer tutub. 

Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova  Nehrəm Qəsəbə Uşaq Musiqi Məktəbinin 45 illik yubileyi münasibətilə təbriklərini bildirib.

Sonda Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı məktəbin kollektivinə təqdim olunub.