Bu ixtisaslar üzrə tədris proqramları yenilənib

Bu ixtisaslar üzrə tədris proqramları yenilənib

14 May 2026

Xor, vokal və balaban ixtisasları üzrə tədris proqramları yenilənib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən incəsənət məktəb və mərkəzlərində istifadə olunan tədris proqramlarının yenilənməsi istiqamətində işlər davam etdirilir.

Bildirilib ki, Mərkəz tərəfindən daha öncə fortepiano, violin, tar, kamança, qanun, qarmon ixtisasları üzrə tədris proqramları hazırlanıb.

Prosesin davamı olaraq xor, vokal və balaban sinifləri üçün tədris proqramları müasir tələblərə uyğunlaşdırılaraq yenilənib.