Rafiq Xəlilov: "Naxçıvanxəbərləri" informasiya ehtiyaclarını operativ şəkildə qarşılayır

Rafiq Xəlilov: "Naxçıvanxəbərləri" informasiya ehtiyaclarını operativ şəkildə qarşılayır

26 May 2025

“Naxçıvanxəbərləri” informasiya portalının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə müxtəlif qurum və ictimaiyyət nümayəndələri tərəfindən təbriklər ünvanlanır. APF Group MMC-nin direktoru Rafiq Xəlilov da yubiley münasibətilə portal kollektivinə öz təbrikini çatdırıb.

Təbrikdə deyilir:

"Azərbaycanın informasiya məkanında öz dəsti-xətti və nüfuzlu mövqeyi ilə seçilən “Naxçıvanxəbərləri” informasiya portalının 10 illik yubileyi münasibətilə APF Group MMC adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edirəm."

Rafiq Xəlilov “Naxçıvanxəbərləri”nin cəmiyyətin informasiya ehtiyaclarını "operativ, obyektiv və peşəkar şəkildə" qarşılayaraq ictimai etimad qazandığını qeyd edib. O, portalın informasiya və məsuliyyət balansını qorumaqla, milli-mənəvi dəyərlərə sadiq qalmaqla və tərəfsiz mövqe nümayiş etdirməklə ümumrespublika səviyyəsində nümunəvi media qurumuna çevrildiyini vurğulayıb.

"Əminik ki, qarşıdakı illərdə də “Naxçıvanxəbərləri” daha geniş auditoriyaya xitab edəcək, jurnalistikanın müasir tələblərinə uyğun inkişafını davam etdirəcək," – deyə təbrikdə bildirilib.