
Sədərək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səmərqənddə beynəlxalq forumda çıxış edib - FOTO
Sədərək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Coşqun Babayev Özbəkistanın Səmərqənd şəhərində keçirilən III Beynəlxalq Tibb Forumunda iştirak edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, forum çərçivəsində o, “The Prevalence of Hereditary Diseases in the Nakhchivan Autonomous Republic” mövzusunda çıxış edərək, Naxçıvan Muxtar Respublikasında irsi xəstəliklərin yayılması ilə bağlı elmi məlumatları beynəlxalq auditoriyanın diqqətinə çatdırıb.
Tədbir tibb sahəsində bilik və təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayıb, iştirakçılara müxtəlif ölkələrdən olan mütəxəssislərlə qarşılıqlı əlaqə qurmaq imkanı yaradıb.