Şərurun Axura kəndinə dolu düşüb

Şərurun Axura kəndinə dolu düşüb

13 May 2026

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndində dolu hadisəsi qeydə alınıb. Aparılan müşahidələrə əsasən, yağan dolu dənələrinin diametri 5 millimetr təşkil edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hazırda muxtar respublika ərazisində yağıntılı və qeyri-sabit hava şəraiti müşahidə olunur. 

Məlumata görə, hava şəraitinin həftə sonunadək fasilələrlə davam edəcəyi gözlənilir.

Bəzi ərazilərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.