Bu il üç Azərbaycan filmi yenidən rəngləndiriləcək
Bu il üç Azərbaycan filminin yenidən rəngləndirilməsi nəzərdə tutulur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Kino Agentliyinin Baş direktoru Rəşad Əzizov Bakıda keçirilən "Mədəni irs və müasir texnologiyalar: Rəqəmsal həllərin tətbiqi" adlı panel sessiyasında deyib.
Onun sözlərinə görə, "O olmasın, bu olsun", "Bəxtiyar" və "Yaramaz" filmlərinin bu il son texnoloji avadanlıqlar vasitəsilə rəngləndirilməsi planlaşdırılıb.
Baş direktor qeyd edib ki, filmlərin orijinal faylları Rusiyanın Dövlət Filmlər Fondundadır: "Ümumiyyətlə, ötən əsrin 90-cı illərinədək çəkilən bütün filmlərin original neqativləri bu təşkilatdadır".








