Slovakiya və Azərbaycan payızda siyasi məsləhətləşmələr keçirəcək

Slovakiya və Azərbaycan payızda siyasi məsləhətləşmələr keçirəcək

08 Avqust 2025

Payızda Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələr keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Slovakiyanın Aİ məsələləri üzrə dövlət katibi Marek Eştok bildirib.

"Sentyabrda Bakıda siyasi məsləhətləşmələrin keçirilməsini səbirsizliklə gözləyirik", - o qeyd edib.

Diplomat həmçinin Ermənistanla sülh prosesində və hazırda Vaşinqtonda aparılan danışıqlarda Azərbaycana dəstəyini ifadə edib.

"Bu, on illərlə davam edən müaqişədən sonra sülhə doğru mühüm addımdır. Slovakiya növbəti addımları dəstəkləməyə hazırdır", - dövlət katibi əlavə edib.