Ədliyyə Nazirliyinin rəhbəri Kəngərlidə vətəndaşları qəbul edəcək

Ədliyyə Nazirliyinin rəhbəri Kəngərlidə vətəndaşları qəbul edəcək

08 Avqust 2025

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə muxtar respublikanın rayonları üzrə keçiriləcək vətəndaş qəbulu qrafikinə uyğun olaraq, avqust ayının 21-i saat 10:00-da Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir  müavini Hüseyn Səfərov Kəngərli rayonunda vətəndaşları qəbul edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.

Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 20 avqust  2025-ci il tarixədək Kəngərli  Rayon  İcra və Probasiya Bölməsinə (ünvan:  Kəngərli rayonu, Qıvraq qəsəbəsi, əlaqə telefonu: (036) 548-01-27, 070-523-69-59), habelə Ədliyyə Nazirliyinin (036 544-54-70, 050-558-38-00) nömrəli telefon və office@njustice.gov.az. elektron poçt ünvanı vasitəsilə) müraciət etməklə yazıla bilərlər.