Şahbuz rayonunun yaradılmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib -

Şahbuz rayonunun yaradılmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib - FOTO

08 Avqust 2025

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şahbuz rayonunun təşkil edilməsinin 95-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Şahbuz rayon Təşkilatının inzibati binasında tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirin təşkilatçısı Şahbuz Rayon İcra Hakimiyyəti olub. Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Cəlal Paşayev açıb.

Daha sonra çıxışlar dinlənilib:

Şahbuz rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanları veteranları şurasının sədri Məhərrəm İsmayılov; 

Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xavər Ələsgərli;

Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Rauf Bağırov.

Çıxış edənlər rayonun tarixi inkişaf yolundan, dövlətçilik ənənələrindən və bu əlamətdar günün əhəmiyyətindən danışıblar. Bildirilib ki, Şahbuz rayonu həm tarixən, həm də bu gün ictimai-siyasi və mədəni sahələrdə önəmli rol oynayır.

Tədbir iştirakçıları belə tədbirlərin vətənpərvərlik ruhunun gücləndirilməsi və tariximizin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.