Tarix fənni üzrə ilk sertifikatlaşdırma imtahanı ilə bağlı detallar açıqlandı

Tarix fənni üzrə ilk sertifikatlaşdırma imtahanı ilə bağlı detallar açıqlandı

11 Fevral 2026

Tarix fənni üzrə sertifikasiya imtahanında Azərbaycan tarixi ilə bağlı suallar ümumi tarix suallarından çox olacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutunun "Fakebook" hesabındakı canlı yayımında məlumat verilib.

Bildirilib ki, suallar təxminən 30/20 nisbətində təşkil ediləcək. Eyni zamanda, Azərbaycan və dünya tarixi ilə bağlı müqayisəli suallar da olacaq.

Qeyd edək ki, bu il 5 fənn üzrə (tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə) müəllimlər ilk dəfə sertifikatlaşdırma imtahanlarına cəlb olunacaqlar.