"Tasnim": İran çoxsaylı raketləri döyüş vəziyyətinə gətirib
İran İsrailin hücumu halında çoxsaylı raketləri döyüş vəziyyətinə gətirib və hədəflərin siyahısını hazırlayıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Mənbənin məlumatına görə, İsrail cavab verərsə, İran tammiqyaslı müharibəyə başlamağa hazırdır: "Hazırda xeyli sayda raket buraxılışa hazırdır".
Qeyd edək ki, İran atəşkəsdən sonra ilk dəfə İsrailə raketlər atıb.








