Tramp İrana İsrailə raket zərbələrini dayandırmağı tövsiyə edib
ABŞ Prezidenti Donald Tramp İrana İsrailə raket zərbələrini dayandırmağı tövsiyə edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Tramp "Fox News" telekanalına açıqlamasında bildirib.
"Mən İrana aşağıdakıları təklif edərdim: raketlərinizi buraxdınız, bəsdir. Danışıqlar masasına qayıdın və razılaşma əldə edin", - deyə o əlavə edib.
Tramp İsrailin Beyruta endirdiyi zərbələrdən narazı olduğunu bildirib.








