
Sadiq Qurbanov : Naxçıvanda tarixi hadisə baş verir
Naxçıvanda İğdır–Naxçıvan qaz boru kəməri üzrə paralel auditin yekun hesabatlarının təqdimatı baş tutub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir çərçivəsində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov jurnalistlərə müsahibə verib.
Komitə sədri bildirib ki, Azərbaycan bu gün dünya miqyasında, xüsusilə də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan, ölkə öz qazını digər dövlətlərin ərazisindən keçməklə müxtəlif regionlara, o cümlədən Naxçıvana çatdırır.
“Enerji – inkişaf deməkdir. Enerji hər bir ölkənin inkişafında mühüm çəkiyə malikdir. Xüsusilə də Naxçıvanın sosial-iqtisadi inkişafında bu boru xəttinin əhəmiyyəti böyük olacaq. İnanıram ki, qısa müddətdə alternativ olaraq bu kəmərin çəkilməsi Naxçıvanın dayanıqlı və fasiləsiz enerji ilə təmin olunmasında həlledici rol oynayacaq”, - deyə Sadiq Qurbanov vurğulayıb.
Qeyd edək ki, İğdır-Naxçıvan qaz boru xətti Azərbaycanın enerji infrastrukturunda mühüm layihələrdən biri hesab olunur və regionun enerji təhlükəsizliyinin təmin edilməsinə ciddi töhfə verəcək.
Mətin Kamal