Yaşı 100 və 100-dən çox olan pensiyaçıların sayı açıqlanıb

Yaşı 100 və 100-dən çox olan pensiyaçıların sayı açıqlanıb

30 İyul 2025

Azərbaycanda hazırda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı 276 nəfərdir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onların 41-i kişi, 235-i qadındır.

Ən yaşlı pensiyaçı isə 135 yaşlı Lənkəran sakini Tamam Əli qızı Əzizovadır.