
Lisenziya olmadan əczaçılıqla məşğul olmağa görə hansı məsuliyyət nəzərdə tutulub ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində hansı məsuliyyət nəzərdə tutulmuşdur ?
Cavab: Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə- fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
Qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olmağa görə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə nəzərdə tutulut.
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas - Nurlan Əhmədli