
ABŞ-dən “Naxçıvanxəbərləri”nə mesaj: Niaqara şəlaləsində təbrik plakatı qaldırıldı
Dünyanın müxtəlif nöqtələrində yaşayan həmyerlilərimiz “Naxçıvanxəbərləri” informasiya portalının 10 illiyi münasibətilə təbrik məktubları ünvanlamaqda davam edirlər.
Bu dəfə maraqlı və duyğulandırıcı bir jest ABŞ-dan gəlib.
Amerikada yaşayan həmyerlilərimizdən biri Kanadanın və ABŞ-ın sərhədində yerləşən, dünyanın ən məşhur təbii möcüzələrindən olan Niaqara şəlaləsində “Naxçıvanxəbərləri” üçün xüsusi hazırlanmış təbrik plakatı qaldırıb.
Plakatın üzərində Azərbaycan və ABŞ bayraqları ilə yanaşı, “Naxçıvanxəbərləri”nin loqosu və bu sözlər yer alıb:
"Vətəndən uzaqda olsaq da, bizi xəbəsiz qoymayanlara təşəkkürlər!
Even far from home, thank you for keeping us informed!"
Bu təqdiredici mesaj bir daha göstərir ki, “Naxçıvanxəbərləri” dünya azərbaycanlıları üçün etibarlı informasiya körpüsünə çevrilib.
Qeyd edək ki, bu jest təkcə media nümayəndələrinə deyil, ümumilikdə Naxçıvanın informasiya məkanındakı rolunun gücləndirilməsi baxımından da xüsusi önəm daşıyır.