Naxçıvanda İğdır–Naxçıvan qaz boru kəməri üzrə paralel auditin yekun hesabatlarının təqdimatı keçirilib -

Naxçıvanda İğdır–Naxçıvan qaz boru kəməri üzrə paralel auditin yekun hesabatlarının təqdimatı keçirilib - FOTO

16 İyun 2025

Naxçıvan şəhərində İğdır–Naxçıvan qaz boru kəmərinin tikintisinə dair aparılmış paralel auditin yekun hesabatlarının təqdimatına həsr olunmuş tədbir təşkil edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir öncəsində iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər qoyublar. Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı dahi rəhbərin həyat və fəaliyyətinə dair eksponatlar haqqında ətraflı məlumat verilib.

Təqdimat mərasimində Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Türkiyə Respublikası Hesablama Məhkəməsinin sədri Metin Yenerin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər. Həmçinin Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrləri Azər Əmiraslanov və Sadiq Qurbanov, Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov, Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov, digər dövlət və hökumət rəsmiləri tədbirdə yer alıblar.

Toplantı zamanı ali audit orqanları arasında həyata keçirilmiş paralel auditin nəticələri təqdim olunub. Layihə çərçivəsində auditin əhatə etdiyi sahələr – xüsusilə investisiya qoyuluşları üzrə əldə edilmiş nəticələr müzakirə edilib. Hesabatların əsas məqamları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, paralel audit Azərbaycan Respublikası Hesablama Palatası və Türkiyə Respublikası Hesablama Məhkəməsi arasında 2022-ci ildə imzalanaraq yenilənmiş Anlaşma Memorandumu çərçivəsində həyata keçirilib.

Səfər çərçivəsində Vüqar Gülməmmədov və Metin Yener arasında ikitərəfli görüş də baş tutub. Görüş zamanı gələcək birgə fəaliyyətlərin perspektivləri müzakirə olunub.