Anlaqsız şəxs cinayət məsuliyyəti daşıyırmı? -

Anlaqsız şəxs cinayət məsuliyyəti daşıyırmı? - HÜQUQ MƏSLƏHƏTİ

03 Noyabr 2026

Sual: Şəxs ictimai təhlükəli əməl törədərkən anlaqsız vəziyyətdə olarsa, cinayət məsuliyyətinə cəlb edilirmi?

Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli törədərkən anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir.   

Sual Babək rayon Prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Camal Sadiqov tərəfindən cavablandırıldı.