Arif Babayev Bakıya gətirilib, vəziyyəti ağır olaraq qalır

Arif Babayev Bakıya gətirilib, vəziyyəti ağır olaraq qalır

24 İyul 2025

Xalq artisti Arif Babayev təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıda yerləşən Mərkəzi Klinik Xəstəxanasına gətirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Arif Babayevin oğlu Yaşar Babayev məlumat yayıb.

Onun sözlərinə görə, atası klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

Y. Babayev atasının vəziyyətinin ağır olduğunu və hansısa dəyişiklik olmadığını bildirib.