Azərbaycan cüdoçusu Avropa çempionu olub

Azərbaycan cüdoçusu Avropa çempionu olub

31 Oktyabr 2025

Azərbaycan cüdoçusu İslam Rəhimov (66 kq) Moldovanın paytaxtı Kişineuda keçirilən U-23 Avropa çempionatının qalibi olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təmsilçimiz finalda niderlandlı Yokhem van Hartenə qalib gələrək qızıl medala sahib çıxıb.

Qeyd edək ki, digər təmsilçilərimizdən Murad Muradlı və Hüseyn Allahyarov (60 kq) günü medalsız başa vurublar.