Naxçıvanda cüdoçular üçün rəsmi imtahan keçirilib -

Naxçıvanda cüdoçular üçün rəsmi imtahan keçirilib - FOTO

31 Oktyabr 2025

Oktyabrın 31-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, imtahanda Naxçıvan Muxtar Respublikasının 115 cüdoçusu müvafiq yaş uyğunluğuna əsasən, ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib. Gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov da imtahan prosesini izləyib və sertifikat təqdim edib.

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.