İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nizamnamə fondu artırılıb -

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nizamnamə fondu artırılıb - FƏRMAN

31 Oktyabr 2025

Prezident İlham Əliyev 21 oktyabr 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dəyişikliklə qurumun nizamnamə kapitalı 6 milyon 783 min 392 manatdan 26 milyon 783 min 392 manata çatdırılıb. Beləliklə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin kapitalı 3,9 dəfə və ya 20 milyon manat artırılıb.