Azərbaycandan Gürcüstana qanunsuz keçən dörd nəfər saxlanılıb

Azərbaycandan Gürcüstana qanunsuz keçən dörd nəfər saxlanılıb

31 Oktyabr 2025

Gürcüstanın Daxili İşlər Nazirliyinin Sərhəd Polisi Azərbaycanla sərhəd bölgəsində qanunsuz keçid cəhdinin qarşısını alıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Laqodexi diviziyasının "Matsimi" mühafizə sektorunda həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 4 əcnəbi vətəndaş dövlət sərhədini qanunsuz keçdikləri üçün saxlanılıb.

Saxlanılan şəxslərin 2005-ci il təvəllüdlü A.M., 2003-cü il təvəllüdlü S.A. və M.A., həmçinin 2002-ci il təvəllüdlü M.A. olduğu bildirilir. Araşdırmalar onların Azərbaycan ərazisindən sərhəd-keçid məntəqəsindən yan keçərək Gürcüstana daxil olduqlarını müəyyən edib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin ikinci hissəsi (qrup halında dövlət sərhədini qanunsuz keçmə) üzrə istintaq aparılır. Qanun pozuntusu 5 ilədək həbs cəzası nəzərdə tutur.

Sərhəd Polisinin məlumatına görə, qanunsuz miqrasiya və sərhəd pozuntularının qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir.