Noyabr ayında Naxçıvanda hava necə olacaq?

Noyabr ayında Naxçıvanda hava necə olacaq?

31 Oktyabr 2025

Naxçıvanda noyabr ayına gözlənilən hava pronozu açıqlanıb.

Bu ilin oktyabr ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir. Tutqun və buludlu günlərin sayı çoxalır. Soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enir.

Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli Şərur  rayonlarında  havanın orta aylıq temperaturu 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2-7 dərəcə, bəzi günlərdə 0 dərəcəyədək isti, gündüzlər 10-15 dərəcə, bəzi günlərdə 18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 18-28 mm).