Azərbaycanda 1353  nəfər sosial xidmət mərkəzlərində qeydiyyata alınıb

Azərbaycanda 1353 nəfər sosial xidmət mərkəzlərində qeydiyyata alınıb

07 İyul 2025

Hazırda ölkədə 444 nəfər uşaq evində yaşayır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 5 illiyinə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Agentlik nazirliyin tabeliyinə verildikdən sonra 1077 nəfərə sosial xidmətlər göstərilib.

Bundan başqa, o bildirib ki, hazırda 1353 nəfər sosial xidmət mərkəzlərində qeydiyyata alınıb.