
Qəzənfər Abdullayev görkəmli tarzən Əkrəm Məmmədlini ziyarət edib - FOTO
İyulun 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev tanınmış musiqiçi, əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü və ustad tarzən Əkrəm Məmmədlini ziyarət edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı Qəzənfər Abdullayev ustad sənətkarı uzunillik səmərəli yaradıcılıq fəaliyyətinə görə təbrik edib, Azərbaycan musiqi mədəniyyətinə verdiyi dəyərli töhfələrdən bəhs edib. Bildirilib ki, Əkrəm Məmmədli kimi sənətkarların zəngin irsi və xidmətləri hər zaman yüksək qiymətləndirilir, Həmkarlar İttifaqları Şurası isə bu cür şəxsiyyətlərin diqqət və qayğı ilə əhatə olunmasına xüsusi önəm verir.
Əkrəm Məmmədli göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib, bu təşəbbüsü yüksək dəyərləndirib.
Görüşün sonunda ustad tarzən Qəzənfər Abdullayevə müəllifi olduğu kitabı hədiyyə edib və xatirə şəkli çəkdirilib.