
Naxçıvan karateçiləri “Zəfər Kuboku”nda 14 medal qazanıblar - FOTO
Azərbaycan Karate Federasiyası və “Arpaçay Karate Klubu”nun təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr və gənclər arasında “Zəfər Kuboku” karate turniri keçirilib. 44 günlük müharibədə qazanılan tarixi qələbəyə həsr olunmuş yarışda ölkəmizin müxtəlif bölgələrindən 800-dən çox idmançı mübarizə aparıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvandan turnirə məşqçi Nicat Allahverdiyevin rəhbərliyi ilə “Qapıcıq” Karate-do İdman Klubunun 16 idmançısı qatılıb və onlardan 14-ü mükafatçılar sırasına düşüb. Komandanın üzvləri 5-i qızıl, 3-ü gümüş və 6-sı bürünc olmaqla, ümumilikdə 14 medal qazanıblar.
Təmsilçilərimizdən Toğrul Bayramov (14–17 yaş, -70 kq), Canər Abbaszadə (14–15 yaş, -70 kq, 1-ci liqa) Məhəmməd Quluzadə (12–13 yaş, -50 kq), Xədicə Bayramova (10–11 yaş qızlar, -36 kq, 1-ci liqa) və Nihad Əsgərli (9 yaş, -40 kq) kumite yarışlarında qızıl medala sahib çıxıblar.
Klubunun digər idmançılarından Nicat Əsgərli, Yusuf Məmmədli İsa Abbasov ikinci, Kamal Allahverdiyev, Malik İbrahim, Kənan Qənbərov, Əli Rəhimov, Fuad Hüseynli və Əhməd Oruc isə üçüncü olublar.