Naxçıvanlı karateçi Rafiq Hüseynli beynəlxalq turnirdə gümüş medal qazanıb -

Naxçıvanlı karateçi Rafiq Hüseynli beynəlxalq turnirdə gümüş medal qazanıb - FOTO

07 İyul 2025

Türkiyənin Bursa şəhərinin Gemlik bölgəsində “VI Gemlik Uluslararası Karate Turnuvası” adlı beynəlxalq turnir keçirilib. Yarışda 8 ölkədən 2000-ə yaxın karateçi iştirak edib. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvanda fəaliyyət göstərən “Qapıcıq” Karate-do İdman Klubunun üzvü Rafiq Hüseynli turnirin kumite yarışlarında uğurla çıxış edərək mükafatçılar sırasına düşüb. O, 14–15 yaş kateqoriyası üzrə -70 kq çəki dərəcəsində gümüş medala layiq görülüb.

Xatırladaq ki, Rafiq Hüseynli dünya şotokan çempionatlarının, o cümlədən beynəlxalq turnirlərin və ölkə miqyaslı yarışların qalibi və mükafatçısıdır.