Sədərəkdə arvadını qəsdən öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Sədərəkdə arvadını qəsdən öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

07 İyul 2025

Martın 24-də  Sədərək rayon sakini, 2000-ci il təvəllüdlü Aytac İbrahimlinin yaşadığı evdə öldürülməsi faktı üzrə Sədərək rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ibtidai istintaqla 1992-ci il təvəllüdlü Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra, tavandan asaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Azər İbrahimliyə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib