
Şərur şəhərində ərzaq mağazasında yanğın baş verib - FOTO
Məlumatla əlaqədar dərhal Şərur şəhər Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 1980 m² olan obyektin 2 m² sahəsi, 1 ədəd kombi və pəncərəsi yanıb.